"Lufthansa" 28 minə yaxın işçini ixtisar etmək niyyətindədir

"Lufthansa" 28 minə yaxın işçini ixtisar etmək niyyətindədir
# 07 dekabr 2020 12:28 (UTC +04:00)

Bu ilin sonunadək Almaniyanın "Lufthansa" aviaşirkəti xaricdəki heyətini 20 min nəfər azaltmaqla yanaşı, iaşə sektorunda fəaliyyət göstərən və 7,5 min nəfər işçisi olan LSG şirkətini satmaq niyyətindədir.

"APA-Economics"in "Bild am Sonntag"ə istinadən verdiyi məlumata görə, "Lufthansa"nın "Eurowings", "Swiss", "Austrian" və "Brussels Airlines" törəmə şirkətləri koronavirus pandemiyası səbəbindən uçuşlara olan tələbatın azalması fonunda uçuşların tezliyini, aviaparklarını və heyətini azaldır.

Əsasən daxili aviareyslər üzrə uçuşlar yerinə yetirən "German airline" şirkəti gələn il 10 minədək işçisini ixtisar edə bilər. Gözlənildiyi kimi, hava daşımalarının pandemiyadan əvvəlki səviyyəyə yalnız 2025-ci ildə çatacağı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR