Macarıstanlı nazir: "İki ölkə arasında iqtisadi və biznes əməkdaşlığı baxımından heç bir maneə yoxdur"

Macarıstanlı nazir: "İki ölkə arasında iqtisadi və biznes əməkdaşlığı baxımından heç bir maneə yoxdur"
# 10 mart 2021 15:53 (UTC +04:00)

"İstər Azərbaycan biznesinin Macarıstanda və ya Macarıstan biznesinin Azərbaycanda qurulması, istərsə də qarşılıqlı inam üzərində qurulan siyasi münasibətləri götürsək, iki ölkə arasında iqtisadi və biznes əməkdaşlıq baxımından heç bir maneə yoxdur".

"APA-Economics"in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən illər ərzində Macarıstan şirkətlərinin Azərbaycanda bir çox uğur imza atıb: "Azərbaycanda lider mövqelərə yiyələnməyə çalışan şirkətlər arasında Macarıstan şirkətləri də var. Azərbaycana gəlmək üçün əlavə viza ilə bağlı olan tələblərin aradan qaldırılması, təbii ki, əlaqələrin bir qədər də rahat qurulmasına xidmət edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR