"Made in Azerbaijan" loqosunun məhsulların üzərində istifadəsi qaydaları hazırlanır

"Made in Azerbaijan" loqosunun məhsulların üzərində istifadəsi qaydaları hazırlanır
# 02 dekabr 2020 12:55 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən "Made in Azerbaijan" loqosunun məhsulların üzərində istifadəsi qaydaları hazırlanır.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, hesab edilir ki, qeyd olunan məsələ normativ hüquqi akta çevriləcək: "Düşünürük ki, bununla bağlı bütün meyarlara uyğun gələn şirkətlərə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəyyən güzəştlər verilsin. Bu güzəştlər fərdi ola bilər, eyni zamanda, təklif olunan faiz dərəcəsi bir qədər aşağı endirilə bilər. Hazırda bu istiqamətdə işlər aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR