"McDonald’s Azerbaijan" Sumqayıtdakı internata 15 min manat ianə edib - FOTO

"McDonald’s Azerbaijan" Sumqayıtdakı internata 15 min manat ianə edib - FOTO
# 19 mart 2021 13:00 (UTC +04:00)

“McDonald’s Azerbaijan” şirkəti insanlara fayda vermək və dünyanı bir qədər yaxşılaşdırmaq məqsədi güdən xeyriyyə aksiyaları həyata keçirməkdə davam edir.

Novruz bayramı öncəsi şirkət nümayəndələri Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyaya baş çəkmiş və internata 15 000 manat məbləğində sertifikat təqdim etmişlər. Bu məbləğ internatın təxirəsalınmaz ehtiyaclarına xərclənəcəkdir.

“McDonald's”ın təmsil olunduğu bütün şəhərlərdə biz yaxşı qonşu kimi fəaliyyət göstərir, cəmiyyət və ətraf-mühitə qayğı göstəririk. Bu ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində ilk “McDonald's” restoranını açmaqla şəhərdə infrastrukturun inkişafının bir parçası olmaqdan, həmçinin cəmiyyətin daha həssas təbəqələrinə dəstək verilməsində iştirak etməkdən məmnunluq hissi keçiririk”, - şirkətdən bildiriblər.

Qeyd edək ki, xeyriyyə aksiyalarının keçirilməsi korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət ayıran “McDonald’s Azerbaijan” şirkətinin siyasətinin bir parçasıdır.

20 il ərzində uşaq evlərinə, tibbi yardım fondlarına, idman tədbirlərinə yardımla əlaqədar çoxsaylı aksiyalar həyata keçirmiş şirkət bundan sonra da xeyriyyə işləri ilə məşğul olmaqda davam etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR