Mikayıl Cabbarov: “Pandemiyadan zərər çəkən sahibkarlara dövlətin əhəmiyyətli dəstəyi təmin edilib”

Mikayıl Cabbarov: “Pandemiyadan zərər çəkən sahibkarlara dövlətin əhəmiyyətli dəstəyi təmin edilib”
# 25 aprel 2020 17:35 (UTC +04:00)

“Ticarət obyektlərində işçilərin qoruyucu maskadan istifadəsi mütləqdir. Sonrakı mərhələdə kafe, restoranlar açılanda masalar arası məsafələrlə bağlı tələblərə riayət olunmalıdır”.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, xüsusi karantin rejiminin böyük məsrəfləri var: “Bu, bütün dünyada belədir. Dünya iqtisadiyyatında da tənəzzül proqnozlaşdırılır və bu proqnozlar davamlı yenilənir. Bu rejimi tətbiq edərkən Azərbaycan hökuməti, aidiyyəti strukturlar bundan məlumatlı idi. Əhalinin sağlamlığı prioritet seçildi və istənilən iqtisadi prosesdən üstün tutularaq qərar verildi. Artıq hədəflərə nail olunub, bunu dinamika da görürük”.

M. Cabbarov deyib ki, pandemiyadan zərər çəkən sahibkarlara dövlətin əhəmiyyətli dəstəyi təmin edilib: “Sahibkarlara dəstək onlayn, şəffaf rejimlə birbaşa uğurla həyata keçirilir.

MDB və İslam ölkələri ilə müqayisədə Azərbaycanda güzəşt və dəstək tədbirləri çeşid və həcminə görə aparıcı praktikalara tam uyğun və ya üstündədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR