Məmməd Musayev: "Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb"

Məmməd Musayev: "Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb"
# 17 dekabr 2019 11:05 (UTC +04:00)

“Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb, ölkədə məşğul əhalinin 76%-i özəl sektorda çalışır”.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 142 min müəssisə və təşkilatın 91,4%-i və ya 130 mini məhz özəl sektorun payına düşür.

“İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5% artıb. Əlavə dəyərin 6,2%-i məhz kənd təsərrüfatının payına düşüb. Bu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6,9 mlrd. manat təşkil edib ki, onun da 3,4 mlrd. manatı heyvandarlıq, 3,5 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4%, heyvandarlıq məhsullarının istehsalı isə 3,2% artıb”, - deyə M. Musayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR