Naxçıvan sahibkarları KOBİA-nın xidmətlərdən yararlana biləcəklər

Naxçıvan sahibkarları KOBİA-nın xidmətlərdən yararlana biləcəklər
# 18 mart 2021 16:27 (UTC +04:00)

Naxçıvan sahibkarları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən göstərilən xidmətlərdən yararlana biləcəklər.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə dair Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Sahibkarlar Konfederasiyasının və digər müvafiq qurumlarının iştirakı ilə KOBİA-nın nümayəndələri sahibkarlarla görüşüb.

Agentlik nümayəndələrinin muxtar respublikaya səfəri çərçivəsində sahibkarlıq subyektləri göstərilən xidmətlər barədə məlumatlandırılıb, Naxçıvanın müvafiq qurumları ilə KOB subyektlərinin inkişafına dəstəkyönümlü təkliflər müzakirə olunub.

Qeyd olunub ki, KOB sahəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün Agentlik tərəfindən KOB-ların bir sıra dəstək mexanizmlərindən istifadəsi təşviq olunur, yeni dəstək alətlərinin yaradılması istiqamətində tədbirlər görülür, dəstək mexanizmlərinin və alətlərinin effektivliyi mütəmadi olaraq qiymətləndirilir və nəticələrə uyğun təkmilləşdirmə işləri aparılır.

Hazırda Agentlik tərəfindən sahibkarlara daxili bazar araşdırmalarının aparılması, sərgilərdə iştirak, klasterləşmə, startap fəaliyyəti, bilik və bacarıqların inkişafı, layihələrin maliyyələşdirilməsi istiqamətlərində dəstək göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR