Naxçıvanda sürətli poçt xidmətinin göstərilməsi şərtləri müəyyən edilib

Naxçıvanda sürətli poçt xidmətinin göstərilməsi şərtləri müəyyən edilib
# 29 mart 2021 11:05 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Nazirliyin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya yaradılıb. Artıq nazirliyə sürətli poçt xidmətlərinin göstərilməsi ilə bağlı müraciətlər daxil olmağa başlanılıb.

Sənədlərə komissiyada baxılan və müvafiq araşdırma aparıldıqdan sonra komissiyanın qərarına əsasən, "Sürət Kargo" MMC-yə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR