Nazir: Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Nazir: Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
# 22 dekabr 2020 10:53 (UTC +04:00)

Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında video-konfrans formatında keçirilən görüşdə çıxış edərkən deyib.

O, Həştərxan vilayətinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb və son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib.

Öz növbəsində, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkə qarşısında duran əsas vəzifələrdəndir.

Onun sözlərinə görə, bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq.

Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan S. Qurbanov Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalın yaradılması layihəsini qeyd edib. Bildirilib ki, Həştərxanda bir çox birgə sosial layihələr də həyata keçirilir ütün bunlar Azərbaycan-Rusiya Federasiyası Həştərxan vilayəti əlaqələrinin genişlənməsi, eyni zamanda sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR