Nazir: "Sahibkar və assosiasiyalarla görüş planlaşdırılır"

Nazir: "Sahibkar və assosiasiyalarla görüş planlaşdırılır"
# 12 fevral 2021 14:10 (UTC +04:00)

Rəqəmsallaşma fonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarla və assosiasiyalarla yaxın aylar ərzində görüşlərin keçirilməsi planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu görüşlər ayrı-ayrı sahələrdə ardıcıl olaraq keçiriləcək. Bu görüşlərin nəticəsində həmin sahibkar və assosiasiyaların məhsuldarlığının artırılmasının həlli məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR