Nazir: “Sanitar epidemioloji vəziyyətlə bağlı təhlükə yaranarsa, məhdudiyyətlərin tətbiqi müzakirə mövzusu ola bilər”

Nazir: “Sanitar epidemioloji vəziyyətlə bağlı təhlükə yaranarsa, məhdudiyyətlərin tətbiqi müzakirə mövzusu ola bilər”
  • Clock-gray 17:14
  • calendar-gray 25 Aprel 2020

“Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır”.

"APA-Economics"in məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir.

"Fərdi gigiyena və sosial məsafə gündəlik həyat tərzinə çevrilməlidir", - deyə nazir qeyd edib.

M. Cabbarov əlavə edib ki, sanitar epidemioloji göstəricilər proqnozlaşdırılan səviyyəyə çatarsa, onu aşarsa və hər hansı təhlükə yaranarsa, tədbirlərin yenə də sərtləşdirilməsi imkanı, hətta planlaşdırılmış səkildə məhdudiyyətlərin tətbiqi müzakirə mövzusu ola bilər.

Hüseyn Vəliyev

Digər xəbərlər