Nazir müavini Elmir Vəlizadənin iştirakı ilə onlayn "B2B Transport" forumu keçirilib

Nazir müavini Elmir Vəlizadənin iştirakı ilə onlayn "B2B Transport" forumu keçirilib
# 06 may 2020 12:09 (UTC +04:00)

“Caspian European Club” (CEC) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə onlayn “B2B Transport” forumunu təşkil edib. Tədbir çərçivəsində nəqliyyat və logistika şirkətlərinin sual və təklifləri müzakirə olunub.

CEC-dən “APA-Economics”ə verilən məlumata görə, forumda çərçivəsində müzakirələr zamanı E. Vəlizadə qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədi qoyulub.

Onun sözlərinə görə, ölkənin tranzit imkanları və mövcud infrastruktur yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verir.

Forumda həmçinin kadr resurslarının qorunub saxlanılmasının zəruriliyi qeyd olunub, COVID-19 pandemiyasının nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə həyata keçirilən dövlət dəstəyi barədə məlumat təqdim edilib.

“Caspian European Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVID-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.

“Caspian European Club” tərəfindən keçirilən B2B forum beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR