Nazir müavini: "Regional iqtisadiyyatın inkişaf etdirilməsi vacibdir"

Nazir müavini: "Regional iqtisadiyyatın inkişaf etdirilməsi vacibdir"
  • Clock-gray 10:39
  • calendar-gray 13 Dekabr 2019

"Azərbaycanda sahibkarlığın inkişafına böyük önəm verilir, bu istiqamətdə işlər görülür".

APA-nın məlumatına görə, bunu qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatında regionların inkişafına böyük önəm verilir və regional iqtisadiyyatın inkişaf etdirilməsi vacibdir: "Son illərdə iqtisadi fəallığın dəstəklənməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Qadınları təmsil edən birliklər, təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilərlər".

N.Səfərov qeyd edib ki, kiçik və orta biznesin dəstəklənməsi ilə bağlı çoxlu qanunvericilik aktları qəbul olunub: "Onların bir çoxu qəbul olunub, bir çoxunun isə qəbul olunması istiqamətində işlər həyata keçirilir. Qanunvericilik bazası önəmlidir, çünki hər bir sahədə iştirak edən sahibkarlar, xüsusilə qadın sahibkarlar bilməlidir ki, dövlətin siyasəti nədən ibarətdir, dövlət bu prosesləri neçə yönəldir və hansı dəstək və təşviq mexanizmləri var".

Günay Elşadqızı

Digər xəbərlər