Nazirlik: Koronavirusa məsuliyyətsiz yanaşanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır

Nazirlik: Koronavirusa məsuliyyətsiz yanaşanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır
  • Clock-gray 18:24
  • calendar-gray 06 İyul 2020

Koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata bu barədə fikir pandemiya ilə mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunan növbəti video-konfransda səsləndirilib.

Vurğulanıb ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməlidir.

Video-konfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və birgə layihələrin icrası barədə razılığa gəlinib.

Hüseyn Vəliyev

Digər xəbərlər