Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq - FOTOSESSİYA

Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq - FOTOSESSİYA
# 07 aprel 2020 12:17 (UTC +04:00)

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

"APA-Economics"in məlumatına görə, bunu sözügedən müəssisəyə təşkil olunmuş media-tur çərçivəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığı aradan qaldıracaq.

"Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı", - deyə nazir müavini qeyd edib.

Media-tura qatılmış "Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq: "Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR