Niyazi Səfərov: "Rusiya Azərbaycanın qeyri-neft ixracında liderdir"

Niyazi Səfərov: "Rusiya Azərbaycanın qeyri-neft ixracında liderdir"
  • Clock-gray 13:31
  • calendar-gray 09 Dekabr 2019

Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında birinci yerdə qərarlaşır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqaz regionunda əsas ticari tərəfdaşıdır. Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticari əlaqələrin 45%-i məhz Azərbaycanın payına düşür.

N. Səfərov qeyd edin ki, Azərbaycanla Rusiyanın iqtisadi əlaqələrin yüksək səviyyəsinin göstəricisi də iki ölkə arasında ticarət dövriyyəsinin artmasıdır.

Emil İsmayılov

Digər xəbərlər