Omanda Azərbaycan məhsullarının pavilyonu açılacaq

Omanda Azərbaycan məhsullarının pavilyonu açılacaq
# 10 mart 2020 13:00 (UTC +04:00)

Martın sonunda Omanda Azərbaycan məhsullarının pavilyonunun açılması gözlənilir.

Bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı yaxın iki həftəyə sənədləşmə işləri tamamlanacaq. Pavilyonda nümayiş olunacaq yerli məhsulların sertifikatlaşdırılır. Layihə çərçivəsində sərgi zalı təşkil olunacaq. Malların satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, analoji pavilyonların İordaniya, Bəhreyn, Livan və Səudiyyə Ərəbistanında da açılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR