“Optimal”da 2 otaqlı mənzilin və 100 məişət texnikasının qalibi avqustun 5-də seçiləcək

“Optimal”da 2 otaqlı mənzilin və 100 məişət texnikasının qalibi avqustun 5-də seçiləcək
# 31 iyul 2020 11:10 (UTC +04:00)

30 noyabr 2019-cu il tarixindən başlayan “Optimal Qış Festivalı” lotereyası 30 mart 2020-ci il tarixində yekunlaşıb.

Daha əvvəl keçirilməsi planlaşdırılan Final mərasimi yaranmış mövcud vəziyyətlə bağlı evdə qalmağınız və sağlamlığınızı qorumaq məqsədilə təxirə salınıb.

“Optimal Elektronika” MMC olaraq məlumat vermək istərdik ki, 5 avqust 2020-ci il, saat 15:00-da lotereyanın final mərasimi Optimalın facebook, instagram və youtube kanalı üzərindən canlı yayımla başlayacaq. Finalda 1 ədəd 2 otaqlı yeni mənzilin sahibi və 100 ədəd məişət texnikasının şanslı qalibi seçiləcək.

Qeyd edək ki, Optimalın müştəriləri üçün təşkil etdiyi “Optimal Qış Festivalı” lotereyasının şərtlərinə əsasən elektronika və mebel mağazalarından hər 300 manatlıq nağd və ya kreditlə alış-veriş edən hər kəsə 1 ədəd lotereya kuponu təqdim olunmuşdur. Kupon sahiblərini isə finalda 5 ədəd soyuducu, 5 ədəd paltaryuyan maşın, 5 ədəd qabyuyan, 5 ədəd televizor, 5 ədəd kondisioner, 5 ədəd noutbuk, 10 ədəd mobil telefon, 10 ədəd ətçəkən, 10 tozsoran, 10 şirəçəkən, 10 mikser, 10 ədəd çaynik, 10 ütü və nəhayət əsas uduş olan 2 otaqlı yeni mənzil gözləyir.

Qaliblərin siyahısı müəyyən olunduqdan sonra www.optimal.az saytında və kütləvi informasiya vasitələrində yerləşdiriləcək.

Optimal bundan sonra da yeni kampaniyaları və hədiyyələri ilə müştərilərini sevindirməyə davam edəcək.

Hörmətli müştərilərimiz, şansınız Optimal olsun!

Ətraflı: 012954 / optimal.az

Finalı mərasimini aşağıdakı kanallardan izləyə bilərsiniz:

Facebook https://bit.ly/33dcTf1
Instagram
https://bit.ly/2MnAfYO
Youtube
https://bit.ly/2opGhQC

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR