Ötən il Gürcüstanın Azərbaycana dərman ixracı 36% azalıb

Ötən il Gürcüstanın Azərbaycana dərman ixracı 36% azalıb
# 20 yanvar 2021 13:03 (UTC +04:00)

2020-ci ildə Gürcüstan Azərbaycana 17 408.24 min ABŞ dolları dəyərində 757.87 ton dərman ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 9 926.83 min dollar və ya 36.3%, həcmi isə 120.59 ton və ya 13.7% azalıb.

2019-cu ildə Gürcüstan Azərbaycana 878.46 ton dərman ixrac edib ki, bunun da ümumi dəyəri 27 335.07 min dollar təşkil edib.

2020-ci ildə Gürcüstanın dərman ixracının ümumi dəyəri 327 129.0 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7.9% azdır. Hesabat dövründə Gürcüstanın dərman ixracının 5.32%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR