Ötən il Gürcüstanın Azərbaycana siqaret ixracı 49% azalıb

Ötən il Gürcüstanın Azərbaycana siqaret ixracı 49% azalıb
  • Clock-gray 12:35
  • calendar-gray 20 Yanvar 2021

2020-ci ildə Gürcüstan Azərbaycana 19 179.48 min ABŞ dolları dəyərində 735.03 ton siqaret ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 13 686.03 min dollar və ya 41.64%, həcmi isə 711.71 ton və ya 49.1% azalıb. 2019-cu ildə Gürcüstan Azərbaycana 32 865.51 min dollar dəyərində 1446.74 ton siqaret ixrac edib.

2020-ci ildə Gürcüstanın siqaret ixracının ümumi dəyəri 88 920.9 min dollar təşkil edib ki, bu da illik ifadədə 15.4% azdır. Hesabat dövründə Gürcüstanın siqaret ixracının 21.6%-i Azərbaycanın payına düşüb.

Səid Babazadə

Digər xəbərlər