Pakistan şirkətləri işğaldan azad olunan ərazilərin bərpasına cəlb olunacaq

Pakistan şirkətləri işğaldan azad olunan ərazilərin bərpasına cəlb olunacaq
# 25 fevral 2021 16:08 (UTC +04:00)

Pakistanın Sərhəd İşləri Təşkilatı (FWO) Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu FWO baş direktoru Kamal Azfarın Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.

Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad olunan ərazilərin bərpasında iştirakına dair müzakirələr aparılıb.

K. Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb.

Nazir M. Cabbarov bildirib ki, azad olunan ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR