Pakistanda "Azərbaycan Ticarət Evi" açılacaq

Pakistanda "Azərbaycan Ticarət Evi" açılacaq
# 25 dekabr 2020 16:28 (UTC +04:00)

Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması müzakirə olunub.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında keçirilən üçüncü iclasında baxılıb.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması müzakirə edilib.

İclasın gündəliyinə həmçinin iki ölkə arasında qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxil idi.

İclasda çıxış edən İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf, Azərbaycanda 2085 Pakistan şirkətinin fəaliyyət göstərdiyini qeyd edərək, bu ölkənin iş adamlarını Azərbaycan sənaye parklarında yaradılan əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR