Pandemiyadan zərər çəkən 138 mindən çox vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

Pandemiyadan zərər çəkən 138 mindən çox vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib
# 22 may 2020 14:29 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 804 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 110 618 fərdi (mikro) sahibkar, cəmi 138 422 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 256 543 işçini əhatə edən 27 804 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,23 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,11 mln. manat təşkil edir. Mayın 21-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 997 vergi ödəyicisinə 200 723 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 72,35 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 110 618 vergi ödəyicisindən müraciət daxil olub, 103 319 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 59,50 mln. manat təşkil edir. Mayın 21-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 57,20 mln. manat vəsaitin 98 356 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 21-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 129 556,9 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR