Pandemiyadan zərər çəkən 97 minə yaxın vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

Pandemiyadan zərər çəkən 97 minə yaxın vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib
# 28 aprel 2020 13:00 (UTC +04:00)

27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln. manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17 568 vergi ödəyicisinə 168 778 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 38,46 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln. manat təşkil edir.

Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln. manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR