Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 125 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 125 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
  • Clock-gray 14:23
  • calendar-gray 19 May 2020

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 557  vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 108 216 fərdi (mikro) sahibkar, cəmi 135 773 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 313 işçini əhatə edən 27 557 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 93,95 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,97 mln. manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 682 vergi ödəyicisinə 199 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 69,12 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 108 216 vergi ödəyicisindən müraciət daxil olub, 100 690 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 58,50 mln. manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 55,95 mln. manat vəsaitin 95 271 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 18-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 125 071,3 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Hüseyn Vəliyev

Digər xəbərlər