Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 145 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 145 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
  • Clock-gray 15:06
  • calendar-gray 02 İyun 2020

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 092 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 815  fərdi (mikro) sahibkar, cəmi 140 907 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 905 işçini əhatə edən 28 092 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,29 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,64 mln. manat təşkil edir. İyunun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 441 vergi ödəyicisinə 202 600 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,32 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 815 vergi ödəyicisindən müraciət daxil olub, 105 412 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,89 mln. manat təşkil edir. İyunun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,47 mln. manat vəsaitin 100 798 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 1-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 145 795,0‬‬‬ min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Hüseyn Vəliyev

Digər xəbərlər