Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 148,5 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 148,5 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
# 08 iyun 2020 17:23 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 319 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 114 290 fərdi (mikro) sahibkar, cəmi 142 609 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 259 119 işçini əhatə edən 28 319 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,77 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,88 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 584 vergi ödəyicisinə 203 121 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 87,71 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 114 290 vergi ödəyicisindən müraciət daxil olub, 106 771 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,54 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,83 mln. manat vəsaitin 101 698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 7-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 148 546 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR