Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 151 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 151 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
  • Clock-gray 10:02
  • calendar-gray 11 İyun 2020

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 406 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 115 053  fərdi (mikro) sahibkar, cəmi 143 459 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 259 524  işçini əhatə edən 28 406 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,90 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,95 mln. manat təşkil edir. İyunun 9-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 733 vergi ödəyicisinə 203 953 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 90,15 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 115 053 vergi ödəyicisindən müraciət daxil olub, 107 476 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,93 mln. manat təşkil edir. İyunun 9-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 61,51 mln. manat vəsaitin 101 698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 9-na pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 151 668,7 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Hüseyn Vəliyev

Digər xəbərlər