"Peugeot" və "Fiat Chrysler" birləşir

"Peugeot" və "Fiat Chrysler" birləşir
# 21 dekabr 2020 16:52 (UTC +04:00)

Avropa Komissiyası bir sıra şərtlərlə Fransanın “Peugeot SA” avtomobil istehsalçısının “Fiat Chrysler Automobiles NV” İtalya-ABŞ birgə konserni ilə birləşdirilməsinə dair təxminən 38 mlrd. ABŞ dolları dəyərində olan müqaviləni təsdiqləyib.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyası yayıb.

“Avropa Komissiyası “Fiat Chrysler Automobiles NV” və “Peugeot SA” şirkətlərinin Avropa rəqabəti və birləşmə qaydalarına uyğun olaraq konsolidasiyasını təsdiqləyib. Əməliyyatın təsdiqlənməsi şirkətlər tərəfindən razılaşdırılmış öhdəliklər paketinə tam uyğun gəlmək şərti ilə təmin edilib”, - sənəddə deyilir.

Avropa Komissiyasının yeni birləşmiş şirkətin əlində bəzi bazar sektorlarının həddindən artıq konsentrasiyası risklərinə dair iddialarını aradan qaldırması məqsədilə hər iki şirkət üzərinə bir sıra öhdəlik götürüb, xüsusən “Peugeot SA” və “Toyota” arasında Avropa bazarında iş şərtlərinə dair müqaviləni yumşaltmağa, eyni zamanda “Peugeot” və “Fiat Chrysler” avtomobillərini müstəqil bazar iştirakçıları tərəfindən lisenziyalı təmir və texniki xidmət üçün şərait yaratmağa razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR