"Peugeot" və "Fiat Chrysler"in birləşməsinə dair sövdələşmə tamamlanıb

"Peugeot" və "Fiat Chrysler"in birləşməsinə dair sövdələşmə tamamlanıb
# 18 yanvar 2021 10:57 (UTC +04:00)

“PSA Group” (“Peugeot-Citroen”) və “Fiat Chrysler Automobiles” (FCA) avtomobil istehsalçıları birləşməyə dair sövdələşməni tamamlayın, birləşmiş şirkət “Stellantis” adlanır.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Stellantis”in yaydığı məlumatda bildirilir.

Bu gündən Parisin “Euronext” və Milanın “Mercato Telematico Azionario” birjalarında şirkətin səhmlərinin satışlarına başlanılıb, sabahdan isə satışlara Nyu-York fond birjasında da start veriləcək.

Qeyd edək ki, 2019-cu il oktyabr ayının sonunda FCA və PSA-nın direktorlar şuraları yekdilliklə birləşmə barədə razılığa gəlib. Həmin ilin dekabrın ortalarında şirkətlər birləşmə haqqında paritet əsasda müqavilə imzalayıb. Bu ilin yanvarın 4-də “Fiat Chrysler” və PSA səhmdarları birləşməni təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR