Qoşqar Təhməzli: "Azərbaycanda qida məhsullarının ixracında tətbiq olunan sistemdə ciddi islahatlar həyata keçirilib"

Qoşqar Təhməzli: "Azərbaycanda qida məhsullarının ixracında tətbiq olunan sistemdə ciddi islahatlar həyata keçirilib"
  • Clock-gray 11:45
  • calendar-gray 20 Dekabr 2019

"Azərbaycandan qida məhsullarının ixracı zamanı tətbiq olunan sistemdə ciddi islahatlar həyata keçirilib".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bunun nəticəsində ölkədən ixrac olunan qida məhsullar bir sıra sənədlərlə müşahidə olunması ilə deyil, idxalçı dövlətin tələbinə uyğun müşayiət edən sənədlərlə ixrac olunur.

"Yəni, əgər idxalçı dövlət sadəcə məhsulun baytarlıq, fitosanitar və sağlamlıq göstəricilərini tələb edirsə, həmin məhsulların müşayiət edən sənədləri verməklə onların ölkədən çox çevik şəkildə ixracına nail olmaq mümkündür", - deyə Q. Təhməzlı qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər