Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin icrasına dəvət edilib

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin icrasına dəvət edilib
# 27 noyabr 2020 12:34 (UTC +04:00)

Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, 2020-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsində artım müşahidə olunub.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat nazir Mikayıl Cabbarov Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı deyib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR