Rusiya Azərbaycanda kombayn istehsal edəcək

Rusiya Azərbaycanda kombayn istehsal edəcək
# 09 fevral 2021 14:09 (UTC +04:00)

Rusiyanın "Rostselmaş" şirkəti Azərbaycandakı tərəfdaşları ilə ölkədə 100-dən çox kombaynın istehsalına dair imkanları müzakirə edir.

"APA-Economics" "Interfax"a istinadən xəbər verir ki, bunu Rostov vilayətinin qubernatorunun müavini İqor Sorokin deyib.

Onun sözlərinə görə, cari ildə eksperimental olaraq ilk partiyanın istehsalı planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə "Rostselmaş"ın baş direktoru Valeri Maltsev Azərbaycanda istehsal prosesinin işə salınması barədə planları açıqlamışdır. Həmin il bu istiqamətdə "Rostselmaş"la Azərbaycanın “Azərmaş” arasında müvafiq sənəd imzalanıb. Sənədə uyğun olaraq, Azərbaycanda "Nova" markalı kombaynların istehsalı nəzərdə tutulurdu.

Layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə isə 40-50 kombaynın yığılması nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR