Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib

Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib
# 29 yanvar 2021 19:38 (UTC +04:00)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.

AQTA-dan APA-ya verilən məlumata görə, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR