Rusiya və Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır

Rusiya və Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır
  • Clock-gray 13:20
  • calendar-gray 09 Dekabr 2019

Rusiya ilə Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.

 

Onun sözlərinə görə, bu, sayca 6-cı yol xəritəsi olacaq ki, bundan öncə qəbul olunan 5 yol xəritələri üzrə işlər davam etdirilir və sahədə artıq müəyyən nailiyyətlər əldə olunub.

"Ölkələr arasında iqtisadi əməkdaşlıq rəqəmlərdə də öz əksini tapıb. Statistika göstərir ki, ötən il ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunub, bu ilin ilk 9 ayı ərzində isə artım 25%-dən çox olub", - deyə nazir qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date