Rusiyada Yeni ildən araq bahalaşacaq

Rusiyada Yeni ildən araq bahalaşacaq
  • Clock-gray 14:56
  • calendar-gray 13 Noyabr 2020

Rusiyada araq, konyak və köpüklü şərablar da daxil olmaqla, spirtli içkilərin minimal pərakəndə satış qiymətləri 1 yanvar 2021-ci ildən etibarən artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Belə ki, gələn ildən 0,5 litrlik arağın minimum pərakəndə satış qiyməti 5,7% artacaq – hazırkı 230 rubldan (5,05 manat) 243 rubladək (5,34 manat).

Konyak üçün minimal pərakəndə satış qiyməti 3% – 0,5 litri üçün hazırkı 433 rubldan (9,51 manat) 446 rubladək (9,80 manat), 0,75 litrlik köpüklü şərabın (şampan) qiyməti isə 3% – 164 rubldan (3,60 manat) 169 rubladək (3,71 manat) artacaq.

Maliyyə Nazirliyinin sözügedən əmrləri 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minir və 31 dekabr 2026-cı il tarixinədək etibarlıdır.

Hüseyn Vəliyev

Digər xəbərlər