Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO

Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO
  • Clock-gray 16:14
  • calendar-gray 28 Yanvar 2021

Rusiyanın Kaluqa vilayətinin Etnomir Etnoqrafiya Parkında Azərbaycanın Rusiya regionları ilə əməkdaşlığının inkişafına həsr olunmuş forum keçirilib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, forum Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bildirib ki, Azərbaycanla Rusiya regionları arasında əməkdaşlığın geniş potensialı var: “Hazırda Azərbaycanla hökumətlərarası saziş imzalamış regionlarla əlaqələrə xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycanın işgüzar dairələri ilə biznes birlikləri, biznes missiyaları vasitəsilə geniş əlaqələr qurmaq niyyətində olan xeyli Rusiya regionları da var”.

Ticarət nümayəndəsi son iki ildə Rusiyanın 25-dən çox regionuna səfərləri zamanı müxtəlif beynəlxalq tədbirlərdə, investisiya forumlarında Azərbaycanın iqtisadi potensialının təqdimatlarının keçirildiyini vurğulayıb.

Forumda Azərbaycan şərablarının təbliğinə dəstək, Azərbaycandan meyvə-tərəvəz konservlərinin, eləcə də aqrar məhsulların ixracı potensialının artırılmasına dair fəaliyyət planının qəbul edilməsi, birgə istehsalın genişləndirilməsi, sənaye məhsullarının Rusiya bazarında təşviqi və Azərbaycanda müştərək müəssisələrin yaradılması imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Qeyd olunub ki, iki ölkə arasında turizm sahəsində geniş perspektiv mövcuddur.

Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko, Ticarət Nümayəndəliyinin biznes klubunun icraçı direktoru Mariya Suvorovskaya, Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəsi Ruslan Mirsayapov, Kaluqa vilayətinin qubernator müavini Vladimir Potyomkin, Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov, Etnomir Etnoqrafiya Parkının rəhbəri Ruslan Bayramov və digərləri biznes birliklərinin qarşılıqlı əlaqəsi sayəsində əməkdaşlığın inkişafından bəhs ediblər.

Tədbir çərçivəsində Etnomirdə Azərbaycan pavilyonunun təntənəli açılışı olub. Layihə ölkəmizin Ticarət Nümayəndəliyinin Azərbaycan “Ticarət Evi” konsepsiyası çərçivəsində həyata keçirilib. Konsepsiya Ticarət Nümayəndəliyi tərəfindən Azərbaycan məhsullarının Rusiyada tanıdılması üçün vahid bir sistemdir.

Pavilyonda geniş çeşidli Azərbaycan məhsulları sərgilənir. ​

Tədbirin sonunda Azərbaycan məhsullarının dequstasiyası təşkil olunub.

FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO"> FOTO" data-description="gallery" alt="Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonun açılışı olub - FOTO">

Fərid Əkbərov

Digər xəbərlər