Rusiyanın Yaroslavl vilayəti yanvar-iyunda Azərbaycana məhsul ixracını 20% azaldıb

Rusiyanın Yaroslavl vilayəti yanvar-iyunda Azərbaycana məhsul ixracını 20% azaldıb
# 15 sentyabr 2020 11:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Rusiyanın Yaroslavl vilayətindən Azərbaycana dəyəri 4 mln. ABŞ dollarından çox təşkil edən məhsul ixrac olunub.

"APA-Economics" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Regional İnkişaf və Xarici İqtisadi Fəaliyyət Departamentindən "Yaroslavl vilayəti ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq" onlayn biznes missiyasının yekunlarından sonra məlumat verilib.

Bildirilib ki, keçən ilə nisbətən ixracın həcmi 20% azalıb. Belə ki, ötən ilin ilk altı ayında Azərbaycana məhsul ixracının dəyəri 5 mln. dollar olub.

Yaroslavldan Azərbaycana əsasən metallurgiya məhsulları, yanacaq, mexaniki avadanlıq və texnika, şüşə məmulatlar, karton, kağız və ağac emalı məhsulları, kauçuk məmulatları, boyalar və dərman məhsulları tədarük olunur.

Azərbaycandan isə Yaroslavl vilayətinə kənd təsərrüfatı və qida məhsulları idxal olunur. Departamentdən bildirilib ki, Azərbaycandan Yaroslavla tədarükün həcmində cüzi artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR