Rusiyanın dövlət bankı və KOBİA birgə layihələr icra edəcək

Rusiyanın dövlət bankı və KOBİA birgə layihələr icra edəcək
# 11 sentyabr 2020 14:17 (UTC +04:00)

Rusiyanın “Roseksimbank” dövlət bankı və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birgə layihələrin icrasına dair razılıq əldə ediblər.

APA-Econimics”in məlumatına görə, bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.

Bildirilir ki, RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevin KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovla görüşü çərçivəsində Rusiyanın Azərbaycana ixracına maliyyə və kredit dəstəyi həcminin artırılması, kiçik və orta biznes sahəsində birgə layihələr portfelinin diversifikasiyası müzakirə olunub.

Tərəflər həmçinin RİM şirkətlər qrupu ilə Agentliyin strukturuna daxil olan KOB inkişaf fondları arasında Azərbaycan rezident şirkətlərinin Rusiyanın mal, iş və xidmət tədarükçüləri ilə xarici ticarət müqavilələrin maliyyələşdirilməsi üçün əməkdaşlığın artırılması məsələlərinə də toxundular.

Görüşün nəticələrinə əsasən Agentliklə mövcud potensial birgə layihələrin müntəzəm olaraq ətraflı araşdırılması barədə razılıq əldə edildi.

Görüşdə həmçinin potensial Rusiya-Azərbaycan layihələrinin reyestrini formalaşdırmaq məqsədilə “Roseksimbank”ın maliyyə alətləri barədə Azərbaycanın KOB-larını məlumatlandırmaq üçün Agentliyin məsul işçiləri müəyyən edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR