Sahibkarlar "Yaşıl dəhliz"dən daimi istifadə edə bilməsi barədə məlumatlandırılacaqlar

Sahibkarlar "Yaşıl dəhliz"dən daimi istifadə edə bilməsi barədə məlumatlandırılacaqlar
# 10 fevral 2021 12:21 (UTC +04:00)

Azərbaycan sahibkarları "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və bu sistemdən istifadəyə dair tələblər barədə ətraflı məlumatlandırılacaqlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar Dövlət Gömrük Komitəsinin dəstəyi ilə qeyd olunan mövzuya dair 12 fevral tarixində onlayn vebinar təşkil olunacaq.

Komitəsinin mütəxəssisləri tərəfindən iştirakçılara həmçinin birbaşa gömrük təmsilçiliyi fəaliyyəti üçün müraciət qaydası və qeydiyyat prosesi, eləcədə gömrük ödənişləri və onların hüquqi bazası barədə detallı izahlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR