Sahibkarlar idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq

Sahibkarlar idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq
# 10 avqust 2020 11:19 (UTC +04:00)

Xarici ticarət fəaliyyəti iştirakçısı olan kiçik və orta biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qurumun dəstəyi ilə avqustun 12-də “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda təşkil olunacaq onlayn təlimdə, sahibkarlara Azərbaycanın ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları ilə bağlı məlumatlar veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR