Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək

Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək
# 11 sentyabr 2020 11:37 (UTC +04:00)

22-23 sentyabr tarixlərində ilk dəfə olaraq "Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020" keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır.

Onlayn forum çərçivəsində beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcək.

Foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR