Şahmar Mövsümov: “Koronavirusdan zərər çəkmiş sahələr üzrə fəaliyyət göstərən biznesə yardımlar davam edir”

Şahmar Mövsümov: “Koronavirusdan zərər çəkmiş sahələr üzrə fəaliyyət göstərən biznesə yardımlar davam edir”
  • Clock-gray 12:29
  • calendar-gray 16 Yanvar 2021

“Nazirlər Kabinetinin tədbirlər planı var. Orada da müxtəlif sahələr, istiqamətlər üzrə sahibkarlara yardımlar nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bunun üçün vəsaitlər də ayrılıb, proses gedir: “İqtisadiyyat Nazirliyi birbaşa bununla məşğuldur. Bu proses dayanmayıb, koronavirusdan zərər çəkmiş sahələr üzrə fəaliyyət göstərən biznesə yardımlar davam edir”.

 

Günay Elşadqızı

Digər xəbərlər