Samirə Musayeva: "Aksizlərin artımı üzrə dəyişikliklərin məqsədlərindən biri icbari tibbi sığortanın maliyyə mənbəyinin təmin olunmasıdır"

Samirə Musayeva: "Aksizlərin artımı üzrə dəyişikliklərin məqsədlərindən biri icbari tibbi sığortanın maliyyə mənbəyinin təmin olunmasıdır"
  • Clock-gray 12:33
  • calendar-gray 03 Dekabr 2019

"Aksizlərin artımı ilə bağlı dəyişikliklərin məqsədlərindən biri də icbari tibbi sığortanın maliyyə mənbəyinin təmin olunmasıdır".

"APA-Economics"in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

"Dünya təcrübəsində də aksizin bir hissəsi sağlamlığın qorunmasına yönəldilir. Aksizin qanunla müəyyənləşdirilmiş hissəsi sahibkarlar tərəfindən tibbi sığorta fonduna köçürüləcək", - deyə S. Musayeva qeyd edib.

O həmçinin bildirib ki, pivəyə tətbiq edilən aksiz dərəcəsinin artımı istehsalçıların istehsal həcminə və istehlakçıların alıcılıq qabiliyyətinə təsir etməyəcək. O qeyd edib ki, həmçinin yerli istehsalçıların hüquqlarının qorunması üçün idxalda da aksizə dəyişikliklər nəzərdə tutulub.

Nərmin Rəhimova

Digər xəbərlər