"Subaru" Yaponiyadakı zavodunda istehsalı dayandırır

"Subaru" Yaponiyadakı zavodunda istehsalı dayandırır
# 05 aprel 2021 15:29 (UTC +04:00)

Yaponiyanın avtomobil istehsalçısı “Subaru” şirkəti yarımkeçirici çatışmazlığı səbəbindən Yaponiyadakı zavodlarının birində istehsalını müvəqqəti dayandırmağa qərar verib.

APA-Economics” xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Qeyd olunur ki, zavodda istehsal 10-27 aprel tarixlərində dayandırılacaq və bu səbəbdən istehsal 10 min vahid azalacaq.

Qeyd edək ki, Yaponiyanın avtomobil istehsalçıları bu ilin əvvəlində yarımkeçirici çatışmazlığı ilə üzləşiblər. Bir çox ölkədə mobil rabitənin 5G-yə köçürülməsi ilə əlaqədar olaraq bu məhsullara olan tələbat kəskin artıb.

Problem mart ayında böyük yarımkeçirici istehsalçısı olan “Renesas Electronics”in fabrikdə baş verən yanğınla bir qədər də pisləşib. “Nikkei” qəzetinin məlumatına görə, bu səbəbdən qlobal avtomobil istehsalı aprel-iyun aylarında təxminən 7% və ya 1,6 mln. vahid azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR