TAC vasitəsilə üçüncü dövlətlərdə birgə ticarət əməliyyatlarının aparılması mümkün olacaq

TAC vasitəsilə üçüncü dövlətlərdə birgə ticarət əməliyyatlarının aparılması mümkün olacaq
# 19 iyun 2020 17:31 (UTC +04:00)

Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumu (TAC) vasitəsilə üçüncü dövlətlərdə birgə ticarət əməliyyatlarının aparılması, eləcə də tərəfdaşların tapılması mümkün olacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın TAC-ın İdarə Heyətinin tam tərkibdə ilk görüşünə hazırlıq məqsədilə video-konfransda çıxış edərkən deyib.

O, TAC-ın Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini artırmaq məsuliyyətini anladığını qeyd edib, həmçinin, gələcək strategiyanın müəyyən edilməsi üçün yol xəritəsinin hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, ASK-ın Baş katibinin müavini Fuad Hümbətov TAC çərçivəsində birgə biznes missiyaların təşkil edilməsinin vacibliyini bildirib.

Bununla yanaşı, F. Hümbətov TAC-ın İdarə Heyətinin tam tərkibdə görüş keçirilmədən öncə görüşün proqramının, gələcək fəaliyyət planları ilə bağlı yol xəritəsinin hazırlanmasının daha məqsədəuyğun olduğunu bildirib. Bu təklif TAC-ın həmsədrləri Vüqar Abbasov və Öztürk Oran tərəfindən dəstəklənib. TOBB-un nümayəndəsi xanım Başak Onur F. Hümbətovun təklifinə uyğun olaraq, TOBB tərəfindən yol xəritəsinin layihəsinin hazırlanaraq rəy və təklif üçün tezliklə ASK-ya təqdim ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR