Təbii inhisar subyekti sayılan dövlət şirkətlərinin gəlir-xidmət xərclərinin təhlilinə başlanılıb

Təbii inhisar subyekti sayılan dövlət şirkətlərinin gəlir-xidmət xərclərinin təhlilinə başlanılıb
# 17 fevral 2021 11:54 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərində dövlət şirkətlərinin gəlir-xidmət xərclərinin smetalarının təhlilinə başlanılıb.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, təbii inhisar subyektlərinin tənzimlənməsi və nəzarəti sahəsində kifayət qədər geniş və dərin təhlillər aparılır: “Onlara müvafiq tövsiyələr və təkliflər verilib. Bu iş çox peşəkar formada davam etdirilir. Bununla yanaşı, təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərin həyata keçirilməsinə razılıq verilmə mexanizminin də formalaşdırılması mərhələsindəyik. Çünki bu sahə çox həssasdır, həmçinin ölkə iqtisadiyyatına birbaşa və böyük təsirə malikdir. Ona görə hesab edirik ki, bu sahədə tənzimlənmə və nəzarət mexanizmləri təkmilləşməli və gücləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR