Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyanın növbəti iclası keçirilə bilər

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyanın növbəti iclası keçirilə bilər
# 17 iyun 2020 13:31 (UTC +04:00)

Yaxın vaxtlarda Tehranda 14-cü İran-Azərbaycan Birgə İqtisadi Komissiyanın iclası keçirilə bilər.

İranın Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, İranın İqtisadi İşlər və Maliyyə naziri, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Fərhad Dejpəsənd ilə Azərbaycanın Baş nazirinin müavini Dövlət Komissiyanın həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. O, azərbaycanlı həmkarını İrana səfər etməyə dəvət edib.

Səfirlikdən bildirilib ki, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-Cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açıb və bu zəhmətkeş sinfin problemini həll etmək üçün Ş. Mustafayevdən kömək istəyib.

Öz növbəsində Ş. Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirib ki, koronavirusla mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb.

O həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirib ki, hər bir mövzunu ayrı-ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə aparılacaq və sıx əməkdaşlıq nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR