"Tesla" ABŞ-da 135 min avtomobili geri çağıracaq

"Tesla" ABŞ-da 135 min avtomobili geri çağıracaq
# 02 fevral 2021 18:00 (UTC +04:00)

Elektrik avtomobillərinin istehsalı ilə məşhurlaşan "Tesla Inc. " şirkəti ABŞ-da 135 min "Model S" və "Model V" avtomobillərini geri çağıracaq.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumat görə, sözügedən modellərin kütləvi geriçağırılmanın səbəbi avtomobillərin "touch screen"lərinin qüsurlu olmasıdır. Bu qərara ABŞ-ın avtomobillərin təhlükəsizliyi requlyatoru çoxaylıq təhqiqatlardan sonra gəlib.

"Tesla" şirkətindən bildirilib ki, sözügedən avtomobil modellərinin "Nvidia Corp." şirkəti tərəfindən istehsal olunmuş prosesorları tez sıradan çıxmağa meyllidir. Nasazlıq arxa görüntü kamerası ekranının sıradan çıxmasına və digər problemlərə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR