"Tesla" Çində 36 mindən çox elektromobili geri çağırır

"Tesla" Çində 36 mindən çox elektromobili geri çağırır
# 05 fevral 2021 16:02 (UTC +04:00)

“Tesla” şirkəti standartlara uyğun olmayan eMMC yaddaş kartlarındakı aşkarlanan problemlə əlaqədar Çindəki 36 126 “Model S” və “Model X” elektrikli avtomobil modellərini geri çağırıb.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Bazara Nəzarət Dövlət İdarəsinin açıqlamasında deyilir.

Belə ki, 18 sentyabr 2013-cü ildən 20 fevral 2018-ci il tarixləri arasında yığılan 20 428 “Model S” elektromobili 5 fevral tarixindən etibarən geri çağırılır. “Model X”ə gəldikdə, istehsalçı 12 mart 2016-cı ildən 16 fevral 2018-ci il tarixinədək istehsal olunan 15 698 avtomobili geri çağırılır.

Qeyd edək ki, əvvəllər də müxtəlif vaxtlarda istehsal olunan “Model S” və “Model X” elektromobillər bir sıra texniki problemlər səbəbindən 4 dəfə Çin geri çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR